Azərbaycanda bal istehsalı planı üstələyib

Xəbər - Fəridə Nuri – Trend:

2021-ci ilin əvvəlindən Azərbaycanda təxminən 7 min ton bal istehsal edilib.

Bunu Trend-ə Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.

O bildirib ki, il ərzində bal istehsalı təxminən min ton artıb.

Bir müddət əvvəl B.Həsrətov bildirmişdi ki, 2021-ci ildə ölkədə 5,5 min ton bal istehsalı planlaşdırılır. Bu ilin 9 ayı ərzində bal istehsalı həcmi illik planı əhəmiyyətli dərəcədə üstələyib.

(Tərcümə: Orxan Nəbiyev)