Azərbaycanda avtobus və taksilərdən istifadə edən sərnişinlərin sayı açıqlanıb

Xəbər - Elçin Mehdiyev – Trend:

2021-ci ilin yanvar-iyun aylarında nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 542,5 milyon sərnişin daşınıb.

AzerTimes-ın məlumatına görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə sərnişindaşımasda 13,1 faiz azalma qeydə alınıb.


Sərnişinlərin 91,3 faizi avtobus, 8,7 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Ümumilikdə sərnişin dövriyyəsi 10,0 faiz azalıb.

Teqlər: