Azərbaycanda 475 minə yaxın şəxs vaksinasiya olunub

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Azərbaycanda bu günə kimi 475 minə yaxın şəxs vaksinasiya olunub.

Bu barədə AzerTimes-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Qeyd olunub ki, vaksinasiya Respublikanın bütün rayonlarında davam etdirilir:

“Martın 18-də Azərbaycan Respublikasında yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 18,996 nəfər vaksinasiya olunub.

Hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 474,607 nəfər peyvəndlənmə prosesində iştirak edib. “

Teqlər: