Azərbaycanda 411 mindən çox insan vaksinasiya olunub

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Azərbaycanda 411 min çox şəxs vaksinasiya olunub.

Bu barədə AzerTimes-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Qeyd olunub ki, vaksinasiya Respublikanın bütün rayonlarında uğurla davam etdirilir:


“08.03.2021-ci il tarixində Azərbaycan Respublikasında yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 3,483 nəfər vaksinasiya olunub. Hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 411,496 nəfər peyvəndlənmə prosesində iştirak edib”.

Teqlər: