Azərbaycanda 251 nəfər koronavirusa yoluxub

Azərbaycanda koronavirus infeksiyasına daha 251 yeni yoluxma faktı qeydə alınıb, 79 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən məlumata görə, son sutkada koronavirusdan vəfat edən omayıb.

İndiyədək ölkədə ümumilikdə 338 837 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 429 nəfər müalicə olunaraq sağalıb, 4 994 nəfər vəfat edib, aktiv xəstə sayı 2 214 nəfərdir.


Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 479, ötən müddət ərzində isə ümumilikdə 3 929 320 test aparılıb.

Teqlər: