Azərbaycanda 221 nəfər koronavirusdan sağalıb, 32 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 32 yeni yoluxma faktı qeydə alınıb, 221 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 334 min 747 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 327 min 114 nəfər müalicə olunaraq sağalıb, 4 945 nəfər vəfat edib. Aktiv xəstə sayı 2 688 nəfərdir.


Ötən müddət ərzində 3 milyon 572 min 418 test aparılıb. Bugünkü test sayı isə 4 673-dür.

Teqlər: