Azərbaycanda 120 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb

Xəbər - Elçin Mehdiyev – Trend:

Ötən il Azərbaycanda uşaq əməyinin istismarının qarşısının alınması məqsədilə keçirilmiş reydlər zamanı ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 370 uşaq açkar edilib.

AzerTimes-ın məlumatına görə, bu barədə İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun 2020-ci il üzrə hesabatında deyilir.

Sənəddə qeyd olunur ki, uşaq əməyinin istismarının qarşısının alınması məqsədilə keçirilən reydlər zamanı ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 370 uşaq aşkarlanıb. Aparılan yoxlamalar həmin uşaqların əməyin qurbanı olmadığını, lakin demək olar ki, hamısının Azərbaycanda uzun illər məskunlaşmış qaraşı ailələrindən olduqlarını göstərib.


Araşdırmalarla məlum olub ki, onların valideynlərinin bələdiyyə və pay torpaqlarının olmasına, dövlətdən ünvanlı sosial yardımlar almalarına baxmayaraq müxtəlif bəhanələrlə dövlət və özəl sektorda, eləcə də kənd təsərrüfatında işləməkdən boyun qaçırır, özlərinə peşə seçdikləri və azyaşlı uşaqlarını da cəlb etdikləri dilənçiliklə məşğul olurlar.

Qeyd edilən şəxslər də daxil olmaqla övladlarının təlim-tərbiyəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməyən 120 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb. Bununla yanaşı. Müvafiq problemin aradan qaldırılması, uşaqlara qayğı və yardımın göstərilməsi məqsədilə yerli icra hakimiyyətləri yanında komissiyalara, qəyyumluq və himayə orqanlarına 450 material göndərilib.

Teqlər: