Azərbaycan xarici ticarətdə müsbət saldoya nail olub

Xəbər - Elçin Mehdiyev – Trend:

2021-ci ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 153 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 89 ölkəyə məhsul ixrac olunmuş, 144 ölkədən idxal olunub.

AzerTimes-ın məlumatına görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2021-ci ilin yanvar-mart aylarında ölkənin xarici ticarət dövriyyəsi 7 milyard 036,8 milyon ABŞ dolları təşkil edib.

Ticarət dövriyyəsinin 4 milyard 506,3 milyon dollarını və ya 64,0 faizini ölkədən ixrac olunmuş məhsulların, 2 milyard 530,5 milyon dollarını (36,0 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 1 milyard 975,8 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 4,9 faiz artıb, real ifadədə isə 15,1 faiz, o cümlədən idxal 24,3 faiz, ixrac 9,1 faiz azalıb.


2021-ci ilin yanvar-mart aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 17,0 faiz, real ifadədə 3,7 faiz artaraq 501,5 milyon dollar təşkil edib.

Twitter: @ElchinMehdiyev

Teqlər: