Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi Zirvəsi gənclər tərəfindən ziyarət olunub (FOTO/VİDEO)

Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasının 103 illiyi ilə əlaqədar gənclərin Şahdağ Milli Parkının ərazisində yerləşən “Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi Zirvəsi”nə səfəri təşkil olunub.

Mountain Host Azerbaijan-nın təşkilatçılığı ilə həyata keçirilən səfərdə millət vəkili Naqif Həmzəyev də iştirak edib. Dəniz səviyyəsindən 3740 metr hündürlükdə yerləşən “Cumhuriyyət Zirvəsi” Cənubi Qafqazın Baş Qafqaz silsiləsinin Tufandağ nalının sağ hissəsində yerləşir.

“Cumhuriyyətin 100 illiyi Zirvəsi” Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasının 100 illik yubileyi ilə bağlı 2018-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə yaradılıb. Peşəkar alpinistlərin nəzarəti altında həyata keçirilən yürüş olduqca maraqlı və yaddaqalan olub. Zirvəni fəth edən qrup üzvləri tarixi anı fotolarla əbədiləşdiriblər.


Teqlər: