Azərbaycan vətəndaşlarının əsasən hansı ölkələrə səfər etdiyi açıqlanıb

Xəbər - Elçin Mehdiyev – Trend:

2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə bu ilin eyni dövründə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 8,4 dəfə azalaraq 111,1 min nəfər olub.

AzerTimes-ın məlumatına görə, xaricə gedən ölkə vətəndaşlarının 45,2 faizi Türkiyəyə, 19,7 faizi Rusiya Federasiyasına, 9,2 faizi Gürcüstana, 6,9 faizi İrana, 19,0 faizi digər ölkələrə səfər etmişdir.

Gedənlərin 75,0 faizini kişilər, 25,0 faizini qadınlar təşkil edib. Bu dövrdə ötən ilin eyni dövrü ilə müqayisədə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 41,6 dəfə, Gürcüstana gedənlərin sayı 27,3 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı 8,7 dəfə, Türkiyəyə gedənlərin sayı isə 1,8 dəfə azalıb.

2021-ci ilin yanvar-mart aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 67,5 faizi hava, 25,8 faizi dəmir yolu və avtomobil, 6,7 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Teqlər: