Azərbaycan vətəndaşları Qazaxıstanda 90 gün qala biləcəklər

Azərbaycan vətəndaşları Qazaxıstanda 90 gün qala biləcəklər

Azərbaycan vətəndaşlarının Qazaxıstanda qalma müddətində dəyişiklik edilib.

Bu barədə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov məlumat yayıb.

V. Hüseynov bildirib ki, Qazaxıstana səfər edən Azərbaycan vətəndaşları artıq 30 gün deyil, 90 gün Qazaxıstanda qala biləcəklər.

Miqrasiya Xidməti rəisinin sözlərinə görə, bu uğur Azərbaycanla Qazaxıstan arasında imzalanan və qüvvəyə minən protokola əsasən mümkün olub.