Azərbaycan və Ukraynanın əməkdaşlığı üçün bir sıra istiqamətlər mövcuddur – Baş nazirin müavini

Ağdam. Fidan Babayeva – Trend:

Ukrayna və Azərbaycanın qarşılıqlı əməkdaşlıq və tərəfdaşlığı üçün bir sıra istiqamətlər mövcuddur.

Bunu AzerTimes-a işğaldan azad edilmiş Ağdama səfər edən Ukrayna baş nazirinin müavini Aleksey Reznikov deyib.

O bildirib: “Mənim nümayəndə heyəti ilə birgə səfərimin məqsədi Azərbaycana azad edilmiş ərazilərin bərpasında kömək göstərmək, eləcə də təcrübə mübadiləsi aparmaqdır. Biz dost və tərəfdaş ölkəyə gəlmişik və bizim paylaşmalı çox məsələmiz var”.

Baş nazir müavini vurğulayıb ki, Ukrayna birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, dəstəkləyir, bundan sonra da dəstəkləyəcək:

“Biz Azərbaycanın ərazi bütövlüyünə hörmət edirik. Hesab edirik ki, heç kim beynəlxalq səviyyədə tanınan sərhədləri dəyişmək hüququna malik deyil. Hesab edirik ki, bu gün qarşılıqlı əməkdaşlıq və tərəfdaşlıq üçün bir sıra istiqamətlər mövcuddur”

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: