Azərbaycan və Rusiya Xarici İşlər nazirləri görüşdü

Azərbaycan və Rusiya Xarici İşlər nazirləri görüşdü

Rusiya Xarici İşlər naziri Serqey Lavrov ötən gun (20 oktyabr) Ermənistan XİN rəhbəri Zöhrab Mnatsakanyanla görüş keçirib.

Bu gün (21 oktyabr) isə Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla Serqey Lavrovun görüşü baş tutub.

Rusiya XİN Mətbuat xidmətinin məlumatında bu barədə bildirilir.

Söhbət zamanı Dağlıq Qarabağla bağlı atəşkəs razılaşmalarının icrasına dair aktual məsələlər müzakirə edilib.