Azərbaycan Türkiyədən 100 milyon dollarlıq kimyəvi məhsul idxal edib

2021-ci ilin yanvar-mart aylarında Türkiyədən Azərbaycana kimyəvi məhsulların ixracı 2020-ci ilin anoloji dövrü ilə müqayisədə 30,4 faiz artaraq 108,501 milyon dollar təşkil edib.

Bu barədə AzerTimes-a Türkiyənin Ticarət Nazirliyindən məlumat veriblər.

2021-ci ilin martında Türkiyədən Azərbaycana kimyəvi məhsulların ixracı 2020-ci ilin martı ilə müqayisədə 3,7 fazi artaraq 32,715 milyon dollar təşkil edib.

2021-ci ilin yanvar-mart aylarında Türkiyədən dünya bazarlarına kimyəvi məhsulların ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14 faiz artaraq 5,31 milyard dollar olub.

Son 12 ay ərzində (2020-ci il mart – 2021-ci il mart) Türkiyənin kimyəvi məhsullar ixracı 18,903 milyard dollar təşkil edib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: