Azərbaycan – Serbiya oyunu başlayıb

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan – Serbiya oyunu başlayıb.

Trend xəbər verir ki, Bakı Olimpiya Stadionunda təşkil olunan oyun CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanır.

Qarşılaşmanı İsraildən olan hakimlər briqadası idarə edir. Matçın baş hakimi Roi Reinshreiberdir. Ona həmyerliləri David Elias Biton və Sagi Metzamber kömək edirlər. Dördüncü hakim funksiyasını David Fuxman yerinə yetirir.


Azərbaycan millisi qrupdakı ilk matçında Portuqaliyaya 0:1, yoldaşlıq görüşündə Qətərə 1:2 hesabı ilə uduzub. Serbiya yığması isə qrupdakı hər iki oyununu evdə keçirib. İrlandiyaya 3:2 hesabı ilə qalib gələn Draqan Stoykoviçin rəhbərlik etdiyi komanda Portuqaliya ilə oyunda heç-heçəyə razılaşıb – 2:2.

Hazırda Serbiya millisi 4 xalla turnir cədvəlinə başçılıq edirlər. Xalı olmayan Azərbaycan millisi isə 4-cü pillədə qərarlaşıb.

Teqlər: