“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Müşahidə Şurasının iclası keçirilib

21 aprel 2021-ci il tarixində “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Müşahidə Şurasının sədri, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Natiq Əmirovun sədrliyi ilə Şuranın növbəti iclası keçirilib.

ASC-dən AzerTimes-a bildirilib ki, iclasda Şuranın üzvləri – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Xalid Əhədov, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Maliyyə naziri Samir Şərifov, Kənd Təsərrüfatı naziri İnam Kərimov, həmçinin “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Baş direktoru Kamran Nəbizadə və Korporasiyanın digər vəzifəli şəxsləri iştirak edib.

Videokonfrans formatında keçirilən iclasda “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin 2020-ci ilin yekunları üzrə maliyyə göstəriciləri, o cümlədən, digər cari məsələlər müzakirə olunub, Korporasiyanın fəaliyyətinə dair hesabatlar dinlənilib, müvafiq qərarlar qəbul edilib, eyni zamanda, Müşahidə Şurası tərəfindən strateji hədəflərlə bağlı əhəmiyyətli tövsiyyələr verilib.

Teqlər: