Azərbaycan Rusiyadan aqrar məhsullar satın alan ölkələrin ilk onluğuna daxildir – Ticarət nümayəndəliyi

Xəbər - Fidan Babayeva, tərcümə Orxan Nəbiyev – Trend:

2020-ci ildə Rusiya ilə Azərbaycan arasında ərzaq ticarəti 2019-cu illə müqayisədə 6 faiz artaraq 1,3 milyard dollar təşkil edib.

AzerTimes-ın məlumatına görə, bu barıdı Rusiyanın Azərbaycandakı ticarət nümayəndəliyi bildirib.

Qeyd olunub ki, son beş il ərzində iki ölkə arasında ticarət dövriyyəsinin həcmi təxminən 1,5 dəfə artıb:

“Azərbaycan Rusiyadan aqrar məhsullar satın alan ölkələrin ilk onluğuna daxildir. Ötən il Rusiya aqrar-sənaye kompleksi məhsullarının ixracının 12 faiz artıraraq 698 milyon dollara çatdırıb. Eyni zamanda Rusiya buğda, un məmulatları, quş əti, kolbasa, konservləşdirilmiş tərəvəz, marqarin və sousların tədarükünü daha da artırmaq potensialına malikdir”.