Azərbaycan Rusiyadan 85 milyon dollardan çox telekommunikasiya texnikası idxal edib

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Azərbaycan 2020-ci ildə Rusiyadan telekommunikasiya texnikası idxalına görə lider olub.

Trend bu barədə Moskva şəhər merinin saytına istinadən məlumat verir.

Qeyd olunur ki, bu sahədə Rusiyadan ixracın 75 faizi (85,14 milyon dollar) Azərbaycanın payına düşüb.

Bundan başqa Qazaxıstan Rusiyadan 36,31 milyon dollar, Gürcüstan 28,5 milyon dollar, Çin 27,08 milyon dollar, Belarus 25,73 milyon dollar telekommunikasiya texnikası idxal edib

İdxal olunan məhsullar sırasında qəbuledici və ötürücü aparat, telefon detalları, baza stansiyaları və digər rabitə avadanlıqları yer alıb.

(Tərcümə: Orxan Nəbiyev)