Azərbaycan-Rusiya əczaçılıq müəssisəsində Azərbaycan məhsulunun istehsalı planlaşdırılır

Xəbər - Sədrəddin Ağcayev – Trend:

“R-Pharm” MMC Azərbaycan-Rusiya birgə müəssisəsi artıq 2021-ci ildən fərqli brendlərlə, fərqli tədarükçülərdən Azərbaycan məhsulu istehsal etməyi planlaşdırır.

Bunu Trend-ə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov deyib.

Onun sözlərinə görə, müəssisə qismən işə başlayıb və dərman preparatlarının istehsalı prosesi işə düşüb. Müəssisə həm özünün dərmanlarını buraxır, həm də istehsalat müqaviləsi üzrə xidmətlər təklif edir: “Eyni zamanda, istehsal prosesinin tam gücünə çatdırılması üçün hazırlıq işləri aparılır. “R-Pharm” təkcə öz dərman vasitələrini buraxmır, həm də iri xarici şirkətlərlə, o cümlədən Rusiya şirkətlərinin Azərbaycanda lokallaşdırılması üzrə işləyir”.

R.Mirsayapov vurğulayıb ki, bu işlər çərçivəsində 2021-ci ildən fərqli brendlərlə Azərbaycan məhsullarının istehsalına başlamaq planlaşdırılır.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: