Azərbaycan Qran-prisini səbirsizliklə gözləyirəm – Mik Şumaxer

Xəbər - Orxan Nəbiyev – Trend:

Bakıda “Formula 1” üzrə Azərbaycan Qran-prisini səbirsizliklə gözləyirəm.

Trend-in məlumatına görə, bunu almaniyalı pilot, “Haas” komandasının üzvü, əfsanəvi Mixael Şumaxerin oğlu Mik Şumaxer deyib.

O xatırladıb ki, 2019-cu ildə Bakıda “Formula 2” yarışında iştirak edib: “Məni Bakıda ilk Formula 1 yarışı gözləyir. Mən 2019-cu ildə burada iştirak etmişəm, çox gözəl idi. Amma indi məni tamam fərqli yarış gözləyir, çünki “Formula 1” bolidləri “Formula 2″ bolidlərindən daha sürətlidir. Yarışda ən vacib məqam yaxşı start götürməkdir. Həm də daha əlverişli mövqedən başlamaq üçün təsnifat mərhələsində yaxşı nəticə göstərmək vacibdir. Əvvəlki illərdə gördüyümüz kimi, bu yarışda istənilən hadisə baş verə bilər. Bizim şansımız ola bilər. Hadisələrin hər cür inkişafına hazır olmaq lazımdır”.

Teqlər: