Azərbaycan Prezidenti: Avropa Yenidənqurma və İnkişaf Bankı iqtisadiyyatımızın şaxələndirilməsində bizi dəstəkləyib

Avropa Yenidənqurma və İnkişaf Bankı iqtisadiyyatımızın şaxələndirilməsində bizi dəstəkləyib.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev martın 11-də Avropa Yenidənqurma və İnkişaf Bankının yeni prezidenti xanım Odil Reno-Bassonu və bankın rəhbərliyinin digər nümayəndələrini videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı bildirib: “İlk növbədə, mən Bankın Azərbaycana göstərdiyi bu diqqətə görə minnətdarlığımı ifadə etmək istərdim. Düşünürəm ki, demək olar son 30 ildə biz çox güclü tərəfdaşlıq əlaqələri qurmuşuq. Bank ölkənin transformasiyasında, iqtisadiyyatımızın şaxələndirilməsində bizi dəstəkləyib. Bizim 3 milyard avrodan çox məbləğdə layihələrimizin maliyyələşdirilməsi faktı bunu açıq-aşkar nümayiş etdirir. Hazırda bu portfelin yarısının özəl sektora yönəlmiş vəsait olması da mühüm əhəmiyyət kəsb edir. Bu da əməkdaşlığımızın yaxşı göstəricisidir”.

Teqlər: