Azərbaycan Ordusunun bölmələrində döyüş hazırlığı üzrə dərslər keçirilir – VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, zirehli texnikanın tətbiqi üzrə praktiki vərdişlərin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Ordusunun bölmələrində döyüş hazırlığı üzrə dərslər keçirilir.

Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Praktiki dərslər zamanı hərbi qulluqçular sıra hazırlığı üzrə məşqlərə cəlb olunur, simulyasiya trenajorlarında təlim keçir və zirehli texnikanın idarə edilməsi bacarıqlarını artırırlar.

[embedded content]

www.yenicag.az