Azərbaycan neftinin qiyməti 70 dolları ötüb

Xəbər - Fidan Babayeva – AzerTimes:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 1-də 70,57 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,9 dollar/barel çoxdur.

Bu barədə AzerTimes-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 69,94 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,92 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 67,77 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,92 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 69,32 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,19 dollar/barel azdır.

(Tərcümə: Orxan Nəbiyev)


Teqlər: