Azərbaycan gimnastları İtaliyada Avropa çempionatında iştirak edəcəklər (FOTO)

Xəbər - Cani Babayeva – Trend:

Azərbaycan gimnastları sentyabrın 17-19-da İtaliyanın Pezaro şəhərində keçiriləcək aerobika gimnastikası üzrə Avropa çempionatında iştirak edəcək.

Trend-in məlumatına görə, yarışda Azərbaycanı Vladimir Dolmatov, Nurcan Cabbarlı və Dilarə Qurbanova təmsil edəcək.

Avropa çempionatında 22 ölkədən 163 gənc və 163 böyük idmançı iştirak edəcək.


(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: