Azərbaycan gimnastları Bolqarıstanda Dünya kubokunda iştirak edəcək

Xəbər - Cani Babayeva, tərcümə Orxan Nəbiyev – Trend:

Azərbaycan idmançıları martın 26-28-də Bolqarıstanın paytaxtı Sofiyada bədii gimnastika üzrə Dünya kubokunda iştirak edəcək.

Trend bu barədə Beynəlxalq Gimnastika Federasiyasına (FIG) istinadən məlumat verir.

Fərdi proqramda Azərbaycanı iki gimnast – Nərminə Səmədova və Arzu Cəlilova təmsil edəcək.

Qrup hərəkətlərdə komandanın tərkibində Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokina yer alacaq.

Teqlər: