Azərbaycan gimnastları Avropa Çempionatında gümüş medal qazanıblar

Xəbər - Cani Babayeva – Trend:

Azərbaycan idmançıları Pesarodada (İtaliya) keçirilən akrobatika gimnastikası üzrə Avropa Çempionatında ikinci yeri tutublar.

AzerTimes-ın məlumatına görə, qarışıq cütlük tərkibində çıxış edən Ağasif Rəhimov və Raziyə Seyidli çempionatın güçüm medalını qazanıblar.

Xatırladaq ki, daha əvvəl Avropa Çempionatında tərkibində Mənsumə Məmmədzadə, Leyla Bəşirova və Nəzrin Fərmanovanın olduğu qadınlardan ibarət qrup bürünc medal qazanıb.

Akrobatika gimnastikası üzrə Avropa Çempionatı 29 sentyabrdan 3 oktyabradək İtaliyada keçirilir.

Teqlər: