Azərbaycan gimnastı Zöhrə Ağamirova Dünya Kubokunda finala çıxıb

Xəbər - Cani Babayeva – Trend:

Azərbaycan gimnastı Zöhrə Ağamirova bədii gimnastika üzrə Dünya Kubokunda lentlə hərəkətlərdə finala çıxıb.

AzerTimes-ın məlumatına görə, gimnast 21.275 xal toplayıb.

Bu növ üzrə finala çıxanlar Alina Qarnasko (Belarus, 22.500 xal), Boryana Kaleyn (Bolqarıstan, 22.150 xal), Aleksandra Acurcukuleze (İtaliya, 22.000 xal), Darya Trubnikova (Rusiya, 21.850 xal), Yekaterina Vedeneyeva (Sloveniya, 21.600 xal), Zöhrə Ağamirova (Azərbaycan, 21.275 bal), Andrea Verdes (Rumıniya, 21.150 bal), Katrin Tasevadır. (Bolqarıstan, 21.150 xal).

Digər azərbaycanlı gimnast Arzu Cəlilova 17.550 xal yığaraq (38-ci yer) finala çıxa bilməyib.

Qeyd edək ki, bədii gimnastika üzrə Dünya Kuboku mayın 7-dən 9-dək keçirilir.


Dünya Kubokunda 36 ölkədən qrup komandaları tərkibində 106 (18 qrup), fərdi proqram üzrə isə 63 gimnast mübarizə aparacaq.

Ənənəyə uyğun olaraq yarışlarda ən çox xal toplamış gimnasta “AGF Trophy” kuboku təqdim olunacaq.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: