Azərbaycan dili və ədəbiyyat müəllimliyi üzrə təkrar imtahan keçirilir

Xəbər - Elçin Mehdiyev – Trend:

Bu gün Azərbaycan dili və ədəbiyyat müəllimliyi üzrə təkrar imtahan keçirilir.

Təhsil Nazirliyindən AzerTimes-a verilən məlumata görə, avqustun 3-də təkrar imtahanlarda 3055 namizədin iştirakı gözlənilir.

Qeyd edək ki, ibtidai sinif və Azərbaycan dili və ədəbiyyat fənni üzrə təkrar imtahanlar üçün qeydiyyat 28-30 iyul tarixlərində həyata keçirilib və imtahanlarda yenidən iştirak üçün 4091 nəfər müraciət edib.

Teqlər: