Azərbaycan Çinə 102 milyon dollardan çox neft ixrac edib

Xəbər - Fidan Babayeva, tərcümə Orxan Nəbiyev – Trend:

2021-ci ilin yanvar-fevral aylarında Azərbaycan Çinə 277,516 min ton xam neft ixrac edib.

Trend bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən məlumat verir.

Hesabat dövründə Çinə ixrac olunan qazın məbləği 102,592 milyon dollar təşkil edib.

Ümumilikdə, bu ilin ilk iki ayı ərzində Azərbaycan 5,694 milyon ton neft ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz çoxdur. Hesabat dövründə ixrac olunan neftin məbləği 2,044 milyard dollar təşkil edib.

Teqlər: