Azərbaycan çempionatının 2 oyununda 7 qol vuruldu

Azərbaycan çempionatının 2 oyununda 7 qol vuruldu

Milli komandaların oyunlarına görə Premyer Liqada yaranımış fasilə başa çatıb və IV tura start verilib. İlk oyun günündə iki qarşılaşma baş tutub.

Turun ilk oyununda “İnter” “Kəpəz”i qəbul edib. “İnter Arena”da keçirilən qarşılaşmada vurulan 5 qolun hamısı ilk yarıda qeydə alınıb. Hesabı 5-ci dəqiqədə Fuad Bayramov açıb. 21-ci dəqiqədə meydan sahiblərindən Adrian Skarlatake fərqlənib. 32-ci dəqiqədə Aqşin Quluzadə “İnter”in üstünlüyünü 3 topa çatdırıb. Bundan sonra ayılan “Kəpəz” ardıcıl iki qol vurub. 36-cı dəqiqədə Şəhriyar Əliyev gəncəliləri sevindirib. Bir dəqiqə sonra isə Şahin Diniyevin oğlu Kərim Diniyev 65 metrdən vurduğu gözəl qolla fərqi minimuma endirib. Lakin “Kəpəz”in bundan artığına gücü çatmayıb və matç “İnter”in 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün ikinci matçında “Qəbələ” “Zirə”ni qəbul edib. Meydan sahibləri ötən tur “Qarabağ”a uduzmuşdusa, qonaqlar maksimum nəticə ilə turnir cədvəlinə başçılıq edirdi. Oyunda iki qol vurulub. 74-cü dəqiqədə fərqlənən Viktor Ibekoyi “Zirə”ni hesabda önə keçirib. 90+2-ci dəqiqədə isə Cavid Hüseynov penaltini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib.

Xal itkisinə rəğmən “Zirə” vahid liderə çevirilib. Buna səbəb “Qarabağ”ın “Səbail”lə oyununun təxirə salınması olub. Hazırda “Zirə”nin 10, “Qarabağ”ın 9 zalı var. “Qəbələ” isə 7 xalla üçüncü pilləni tutur.

Qeyd edək ki, “Səbail” – “Qarabağ” oyunu dekabrın 8-də keçiriləcək.

Premyer Liqa

IV tur

9 sentyabr

İnter – Kəpəz 3:2

Qol: Fuad Bayramov, 5. Adrian Skarlatake, 21. Aqşin Quluzadə, 32 – Şəhriyar Əliyev, 36. Kərim Diniyev, 37.

Xəbər - “İnter Arena”.

Qəbələ – Zirə 1:1

Qollar: Cavid Hüseynov, 90+2 – Viktor İbekoyi, 74.

Qəbələ şəhər stadionu.