Azərbaycan Bolqarıstana 55 min kubmetrdən çox qaz ixrac edib

2021-ci ilin yanvar-fevral aylarında Azərbaycan Bolqarıstana 55,49 min kubmetr təbii qaz ixrac edib.

Trend bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir.

Hesabat dövründə Bolqarıstana ixrac olunan qazın məbləği 200,08 min dollar təşkil edib.

Ümumilikdə, bu ilin ilk iki ayı ərzində Azərbaycan 3,318 milyard kubmetr qaz ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur. Hesabat dövründə ixrac olunan qazın məbləği 357,692 milyon dollar təşkil edib.

Teqlər: