Azərbaycan beynəlxalq nəqliyyat forumunda iştirak edəcək

Xəbər - Sədrəddin Ağcayev – Trend:

2021-ci il aprelin 27-29-da ABŞ-ın təşəbbüsü ilə “Avrasiyanı birləşdirən forum: ağıllı limanlar və dəmir yolları” adlı tədbir keçiriləcək.

Bu barədə AzerTimes-a “ADY Container” MMC-dən bildiriblər.

Tədbirdə ABŞ, Azərbaycan, Türkiyə və Gürcüstanın müvafiq strukturlarının nümayəndələri iştirak edəcək.

Azərbaycanı forumda “ADY Container”in rəhbəri Natiq Cəfərov, iqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Taleh Ziyadov təmsil edəcək.


(Tərcümə: Orxan Nəbiyev)