Azərbaycan finala çıxdı

Azərbaycan finala çıxdı

Kiyevdə Beynəlxalq Sərgi Mərkəzində “Eurovision 2017” mahnı müsabiqəsinin ilk yarım finalı keçirilib.

Gecədə 18 ölkənin təmsilçisi mahnılarını səsləndirib. Yarışmada “Skeletons” mahnısını ifa edən təmsilçimiz Diana Hacıyeva finala çıxıb.

Ölkəmizdən başqa, daha 9 ölkə – Moldova, Gürcüstan, İsveçrə, Portuqaliya, Polşa, Ermənistan, Avstraliya, Kipr, Belçika finalda səhnə alacaq.

Qeyd edək ki, finala vəsiqə qazanmış 10 ölkənin təmsilçiləri canlı şoudan sonra mətbuat konfransı keçirəcək. Bu mətbuat konfransında püşkatma nəticəsində finala keçən 10 ölkənin mayın 13-də çıxış ardıcıllığı müəyyən olunacaq. İkinci yarımfinal mayın 11-də, final isə mayın 13-də keçiriləcək.