Azərbaycan Ali Hərbi Məktəbində mədəni-kütləvi tədbir keçirilib (FOTO)

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi və Bakı şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində mədəni-kütləvi tədbir təşkil olunub.

Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib olunub.

Tədbirdə Müdafiə Nazirliyinin nümayəndələri, hərbi məktəbin şəxsi heyəti, H. Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi, eləcə də Bakı şəhər Mədəniyyət Baş İdarəsinin yaradıcı kollektivləri iştirak edib.

Tədbirdə Vətən müharibəsində qazanılan qələbənin əhəmiyyətindən, qəhrəman oğullarımızın göstərdiyi şücaətdən bəhs edilib.

Tədbir məktəbin Vətən müharibəsinin iştirakçısı olmuş gənc zabitləri üçün hazırlanan mədəni proqramla başa çatıb.

Teqlər: