Azərbaycan ABŞ və Rusiyanı barışdırmağa cəhd edir

Azərbaycan ABŞ və Rusiyanı barışdırmağa cəhd edir

Amerika Birləşmiş Ştatları və Rusiya arasında gərginlik artır.

Bu günlərdə isə münasibətləri gərginləşdirəcək daha bir addım atılıb. Belə ki, Rusiyadakı ABŞ səfirliyi avqustun 23-dən etibarən bu ölkənin vətəndaşlarına qeyri-immiqrasiya xarakterli vizaların verilməsini dayandırır. Rus mətbuatı ABŞ-ın bu addımı Rusiyada amerikalı diplomatların sayının azaldılması ilə əlaqələndirib.

Ancaq ABŞ səfirliyi vizaların verilməsinin 1 sentyabr tarixindən yenidən bərpa olunacağını bildirib. Konsulluqlarda isə vizaların verilməsi qeyri-müəyyən müddətə dayandırılıb. Viza almaq üçün müraciət edənlərlə əvvəllər təyin edilmiş müsahibələr isə ləğv edilib.

Belə olan təqdirdə rusların ABŞ-a gediş-gəlişinin təmin olunması üçün vizanın alınmasında başqa dövlətlər qapı rolunu oynaya bilər. Ən optimal variant Bakı sayılır ki, buradan hər həftə Nyu-Yorka 3 birbaşa reys işləyir.

Bununla yanaşı, Azərbaycanda bir çox turizm mərkəzləri fəaliyyət göstərir ki, ruslar bu tur-paketlərdən də yararlana bilər. Azərbaycanda öz qonşuları Gürcüstan və Ermənistandan fərqli olaraq orta və ali məktəblərdə rus dilində təhsil var.