Azadlıq prospektində ağır avtomobil qəzası baş verdi

Azadlıq prospektində ağır avtomobil qəzası baş verdi

Gecə saat 00:20 radələrində paytaxtın Binəqədi rayonu ərazisində Azadlıq prospekti və Vorovski məhəlləsinə dönən dairədə avtonəqliyyat qəzası baş verib.

90-FT-098 qeydiyyat nişanlı Honda markalı avtomobillə hadisə yerindən dərhal aparılan digər avtomobil yüksək sürətlə toqquşub.

Hadisədə naməlum avtomobilin sürücüsü orta ağır xəsarət aldığı üçün dərhal xəstəxanaya aparılıb.

Honda markalı avtomobilin sürücüsünə isə Təcili tibbi yardım ekipajı tərəfindən yerindəcə ambulator yardım tədbirləri görülərək, sərbəst buraxılıb.

Honda markalı avtomobilin hadisə zamanı möhkəm deformasiyaya düşdüyünü foto-fiksasiya etdiyimiz görüntüdən dəqiq görülür.

90FT098