Azad olunmuş ərazilərdə əkin sahələri peyk təsvirləri ilə xəritələşdirilib

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Sahəvi Tədbirlər Planına uygun olaraq işğaldan azad edilmiş ərazilərdə hərbi əməliyyatlar nəticəsində torpaqlarda baş vermiş deqradasiyanın peyk təsvirləri əsasında ilkin qiymətləndirilməsi və xəritələşdirilməsi işləri aparılır.

AzerTimes-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupun növbəti iclasında bildirilib.

Deqradasiya olunmuş torpaqların bərpası üçün qrupun aidiyyəti elmi institutları tərəfindən qiymətləndirmə işləri aparılır. İşğaldan azad edilmiş rayonlarda kənd təsərrüfatı fəaliyyətinin bərpası və təşkili məqsədilə peyk təsvirləri əsasında potensial əkin sahələri müəyyən olunub və xəritələşdirilib.


Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

Teqlər: