Azad edilmiş ərazilərdə mikromaliyyə sahəsində layihələr planlaşdırılır

Xəbər - Fidan Babayeva – AzerTimes:

Azərbaycanın azad edilmiş ərazilərində mikromaliyyə sahəsində layihələrin reallaşdırılması planlaşdırılır.

Bunu AzerTimes-ə Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) icraçı direktoru Jalə Hacıyeva deyib

Onun sözlərinə görə, ölkədə mikromüəssisələrin inkişafına yönəlmiş bir neçə layihənin konsepsiyası üzərində işlər aparılır:


“Ölkədə mikromaliyyələşdirmənin inkişafı istiqamətində üzv təşkilatlarımızın fəaliyyətinin təşviqi planlaşdırılır. Bundan başqa, Azərbaycanda maliyyə inklüzivliyinin yüksəldilməsi məqsədilə AMFA üzvləri üçün yeni xidmətlərin hazırlanması üzərində işləyir”.

(Tərcümə: Orxan Nəbiyev)