Neftimiz 94 sent bahalaşdı

Neftimiz 94 sent bahalaşdı

Azərbaycan neftinin qiyməti 1 dollaradək bahalaşıb.

“AzəriLayt” markalı neftin bir barelinin qiyməti 0,94 dollar bahalaşaraq 54,25 dollar təşkil edib.

Ümumiyyətlə, dünya birjalarında neft bahalaşmaqdadır.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,98 dollar və ya 1,99% artaraq 50,33 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 1,31 dollar və ya 2,49% artaraq 53,82 dollar olub.