Aya ilk uçuş misiyasında iştirak edən kosmonavtlardan biri Maykl Kollins vəfat edib

ABŞ-da kosmonavt Maykl Kollins 90 yaşında vəfat edib.

AzerTimes-ın məlumatına görə, bu barədə onun yaxınları “Twitter” səhifəsində xəbər yayıblar.

M.Kollins 1969-cu ildə aya ilk uçuş edən “Apollon-11” missiyasının üç kosmonavtından biri olub. Onunla birgə bu proqramda Nil Armstronq Və Bazz Oldrin iştirak ediblər.

Kosmonavtın xərçəng xəstəliyindən dünyasını dəyişdiyi bildirilir.

Teqlər: