Avtoxuliqanlıq edən Astara sakini həbs edilib

Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq piyadalara və digər yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AzerTimes-a verilən məlumata görə, Astara sakini R.Fərziyev idarə etdiyi “VAZ 21063” markalı avtomobillə axşam saatlarında ərazisində avtoxuliqanlıq hərəkətləri edərkən dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. İntizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan R.Fərziyev barəsində toplanmış materiallar baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilib.

Teqlər: