Avtovağzalda vaksinasiya məntəqəsi qurulub

Xəbər - Çingiz Səfərli – AzerTimes:

Bakı Beynəlxalq Avtovağzal Kompleksində vaksinasiya məntəqəsi təşkil edilib.

AzerTimes xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib. O bildirib ki, sərnişinlərdən vaksin pasportu tələb olunmur, lakin istəyən şəxs bu məntəqəyə yaxınlaşıb peyvənd vurdura bilər:

“Ola bilər ki, sərnişin regionlarda birinci dozanı qəbul edib, lakin ikinci dozanın vaxtı çatıb, o zaman bu məntəqəyə yaxınlaşaraq növbəti doza vaksini qəbul edə bilər. Sərnişinlərdən səyahət üçün COVID pasportu tələb olunmasa da, kompleksin ticarət mərkəzlərinə girişdə vaksin pasportu istənilir”.


Twitter:@cingizsafarli

Teqlər: