Avtobus sürücüsü can qurtardı

Avtobus sürücüsü can qurtardı

Bakıda marşrut avtobusunun sürücüsü sərnişini ölümdən xilas edib. “BakuBus MMC” hadisə anının video görüntülərini yayıb.

“BakuBus”ın mətbuat xidmətinin məlumatına görə, hadisə martın 26-sı saat 18:40 radələrində Azadlıq prospektindən 28 May metrostansiyası istiqamətində hərəkətdə olan “BakuBus”a məxsus 8 nömrəli marşrut xəttində baş verib.

“BakuBus” hadisə anının video görüntülərini də təqdim edib.

Videogörüntüdən də aydın olur ki, avtobus “Neftçi” İdman Sağlamlıq Mərkəzinə yaxınlaşarkən sərnişinlərdən birinin səhhəti qəflətən pisləşir, o, müvazinətini itirərək yerə yıxılır.

Bu zaman sürücü avtobusu təhlükəsiz yerdə saxlayaraq halı pisləşmiş sərnişinə yardım edir. Sürücü huşunu itirən sərnişini avtobusun salonundan təhlükəsiz şəkildə kənara çıxarır, daha sonra avtobusda olan tibbi yardım vasitələrindən istifadə etməklə sərnişinə ilk tibbi yardımı göstər. Bundan sonra sürücü sərnişini əraziyə çağırılmış təcili tibbi yardım əməkdaşlarına təhvil verir.