Avstriyanın üç bölgəsində karantin 1 apreldən 6 aprelə qədər sərtləşdiriləcək

Avstriyanın üç şərq federal torpaqları (Vyana, Aşağı Avstriya və Burgenland) qeyri-sabit epidemioloji vəziyyətə görə Pasxada yeni məhdudiyyətlər tətbiq edəcək.

AzerTimes-ın məlumatına görə, bu barədə Avstriya Səhiyyə naziri Rudolf Anşober bildirib.

Nazirin sözlərinə görə, Pasxa zamanı bu üç bölgədə sosial təmasların azaldılması, əhalinin koronavirus ilə bağlı testlər həcminin artırılması, məcburi tənəffüs maskalarının tətbiq ediləcəyi yerlərin siyahısını genişləndirmək üçün səylər göstərilməsi planlaşdırılır. Bildirilib ki, bu müddət ərzində, yəni aprelin 1-dən 6-dək, “donma” mərhələsi tətbiq ediləcək.

Xüsusilə, 1-6 aprel tarixləri arasında bədən baxımı müəssisələri, qeyri-ərzaq mağazaları və ticarət mərkəzləri bağlanacaq, FFP2 tənəffüs maskalarından istifadə küçədə insanların sıx olduğu yerlərdə məcburi olacaq. Pasxadan sonra məktəblərdə dərslər də distant rejiminə keçəcək.

Nazir qeyd edib ki, saat 00:00-dan 24:00-ə qədər evdən çıxma məhdudiyyəti də tətbiq olunacaq.