Avstraliya rəqəmsal vaksin pasportunun sınaqlarına başlayıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Avstraliyanın “Qantas” aviaşirkəti sərnişinlərin sağlamlıq vəziyyətinin yoxlanması üçün tətbiqin sınaqlarına başlayıb.

AzerTimes-ın məlumatına görə, “CommonPass Digital Health” tətbiqində sərnişinlərin COVID-19 testinin nəticələri, eləcə də vaksinasiya barədə məlumatlar yer alır.

Qeyd olunur ki, test nəticələri və digər məlumatlar proqrama əlavə olunur və sərnişin uçuşdan əvvəl mənfi nəticə və ya peyvəndləmə barədə məlumatı təqdim edə bilər.


“Qantas” aviaşirkəti bu ilin sonlarına yaxın beynəlxalq uçuşları bərpa etməyi planlaşdırır.