Avropanın yeraltı qaz anbarlarında 29 faiz qaz ehtiyatı qalıb

Xəbər - Orxan Nəbiyev – Trend:

2020/2021-ci il payız-qış mövsümündə Avropanın yeraltı qaz anbarlarından 65,6 milyard kubmetr qaz götürülüb.

AzerTimes-ın məlumatına görə, bu barədə “Gas Infrastructure Europe” təşkilatının hesabatında deyilir.

Bu, 2011-ci ildən etibarən ən yüksək göstərici olub.

Qeyd olunur ki, yeraltı qaz anbarlarının ehtiyatlarını bərpa etmək üçün əvvəlki illə müqayisədə 57,3 faiz və ya 23,9 milyard kubmetr daha çox qaz əldə etməlidir.

2020/2021-ci il payız-qış mövsümündən sonra Avropanın yeraltı qaz anbarlarında 29 faiz qaz ehtiyatının qaldığı deyilir.