Avropanın ən böyük su elektrik stansiyası fəaliyyətə başladı

Avropanın ən böyük su elektrik stansiyası fəaliyyətə başladı

Türkiyənin Siirt bölgəsində inşa olunan və Avropanın ən böyük su elektrik stansiyası olan Çətin SES elektrik enerjisi istehsalına başlayıb.

Bu barədə Türkiyənin Kənd təsərrüfatı və Meşəçilik naziri Bəkir Pakdəmirli məlumat verib. O, bildirib ki, sözügedən stansiya ölkə iqtisadiyyatına illik 500 milyon lirə gəlir gətirəcək.

615 milyon kubmetr tutumu olan su anbarının hündürlüyü 165 metr, uzunluğu 37, eni isə 12 kilometrdir.

SES-in illik enerji hasilatı 1 milyard 175 kilovat/saat olacaq.