Avropada təbii qazın qiyməti bir neçə gün ərzində 50 faizə yaxın artıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Avropa birjalarında təbii qazın qiyməti növbəti dəfə rekordu yeniləyib.

Trend-in məlumatına görə, sentyabrın 14-də təbii qazın min kubmetr üçün qiyməti 800 dollar həddini keçib.

Niderlandda TTF habında qazın oktyabr fyuçersləri min kubmetr üçün 801,2 dollara çatıb.


İki həftə ərzində təbii qazın qiyməti 30 faizdən çox artıb.

Qeyd edək ki, avqustun sonunda qazın qiyməti min kubmetr üçün 590 dollar təşkil edirdi.

Teqlər: