Avropada təbii qaz yenidən bahalaşıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Avropa birjalarında təbii qazın qiymətləri 4 faiz artıb.

Trend-in məlumatına görə, Niderlandın TTF habında qazın min kubmetri 797 dollar ətrafında alınıb-satılır.

Qeyd edək ki, təbii qaz iki gün əvvəl 970 dollaradək bahalaşmış, daha sonra qiymətlər 764 dollaradək azalmışdı.


Xatırladaq ki, avqustun sonunda təbii qazın min kubmetri 590 dollar təşkil edirdi.

Teqlər: