Avropa Parlamentində Qarabağın işğalı sənədləri müzakirəyə çıxarılır

Avropa Parlamentində Qarabağın işğalı sənədləri müzakirəyə çıxarılır

Bu gün – iyunun 17-də Avropa Birliyinin əsas orqanı olan Avropa Parlamentində (AP) Dağlıq Qarabağ məsələsinə birbaşa dəxli olan qanun layihəsi təsdiqlənmək üçün iki günlük virtual müzakirəyə çıxarılacaq. Söhbət ötən ayın sonunda AP Xarici İşlər komitəsində qəbul olunan və “Şərq Tərəfdaşlığı” ölkələri – Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova, Belarus və Ermənistanın ərazi bütövlüyünə birmənalı dəstəyin əks olunduğu layihədən gedir. Məlumdur ki, həmin sənəd Qarabağ separatçılarına öz müqəddəratını təyinetmə “haqqı”nı birdəfəlik gündəmdən çıxarmaqla yanaşı, rəsmi Bakıya ərazi bütövlüyünü bərpa eləmək üçün, faktiki, savaş haqqı tanıyır.

Ötən həftəsonu isə Avropa Parlamentində Dağlıq Qarabağla bağlı daha mühüm bir sənəd qəbul olunub. Qurumun Azərbaycan üzrə məruzəçisi, Ermənistan üzrə məruzəçisi, həmçinin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Ermənistan və Dağlıq Qarabağı birləşdirəcək yeni magistral yolun tikintisi ilə bağlı birgə etiraz bəyanatı yayıblar. Bəyanatda Qarabağ konfliktinin ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllinə çağırış əks olunur.